“Springer” nəşriyyatında “Terahertz and Mid Infared Radiation: Detection of Explosives and CBRN” kitabı çapdan çıxıb. Kitabın 18-ci fəsli “Characterization of Selenide, Sulfide and Telluride Materials by Terahertz Time-Domain Spectroscopy”-nin müəllifi AMEA Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, professor Rauf Sərdarlıdır.
Kitabın çapı NATO-nun xüsusi proqramı “The NATO Science for Peace and Security Program” tərəfindən dəstəklənib.
Tədqiqat işində terahertz spektral diapazonunda həssas olan və işləyə bilən yeni materiallar haqqında məlumat verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.