Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Milan Dövlət Universitetinin professoru koronavirusun ikinci dalğası ilə bağlı proqnoz verib
22.07.2020 10:29
  • A-
  • A
  • A+

Milan Dövlət Universitetinin professoru koronavirusun ikinci dalğası ilə bağlı proqnoz verib

İmmunoloq, Milan Dövlət Universitetinin professoru Mario Kleriçi COVID-19-un ikinci dalğası ilə bağlı proqnozlar verib. O, bildirib ki, ikinci dalğa daha yüngül keçəcək, çünki koronavirus yay aylarında ultrabənövşəyi şüaların təsiri ilə əhəmiyyətli dərəcədə zəifləyəcək.

meddaily.ru saytının məlumatına görə, bu nəticəyə eksperimentlər nəticəsində gəlinib. Belə ki, yoluxmuş insanın öskürməsi və ya asqırması zamanı yaranan effekti canlandırmaq üçün virus su damcılarının içinə yerləşdirilib. Sonra damcılar müxtəlif diapazonlardan ultrabənövşəyi şüanın təsirinə məruz qalıb.

Məlum olub ki, hətta bir neçə saniyə ərzində kiçik dozalarda ultrabənövşəyi şüanın təsiri virusu tamamilə məhv edir.

Professor M.Kleriçi qeyd edib ki, hazırda heç kəs payızda nə baş verəcəyini əminliklə deyə bilməz. İkinci dalğa baş verəcək, lakin o, yazda olduğundan daha yüngül keçəcək.

Bununla yanaşı, tibb sisteminin virusla mübarizəyə daha hazırlıqlı olması səbəbindən ikinci dalğanın daha yumşaq keçəcəyi gözlənilir.

  • Paylaş: