AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Gənc Alim və Mütəxəssislər Şurası idarə heyətinin üzvü seçilib.
Moskva şəhərində keçirilmiş tədbirdə rəhbərlik etdiyi qurumun elmi-ictimai fəaliyyəti haqqında məruzə ilə çıxış edən F.Salmanov Gənc Alim və Mütəxəssislər Şurasının gələcək hədəflərinə uyğun olaraq MDB ölkələrində fəaliyyət göstərən analoji şuralarla əməkdaşlığın vacibliyini vurğulayıb. Qeyd edib ki, bu məqsədə çatmaq üçün yeni təsisat əlavə stimul kimi qiymətləndirilməlidir.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb. Azərbaycanla bu sahədə əməkdaşlığın perspektivləri digər ölkələrin nümayəndələri tərəfindən geniş müzakirə olunub.
MDB ölkələrinin Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin tərkibinin müəyyənləşdirilməsi ilə bağlı keçirilən seçkidə F.Salmanov idarə heyətinə üzv seçilib.
Qeyd edək ki, tədbirdə şuranın İdarə Heyətinin üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Roida Rzayeva da iştirak edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.