Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Ağdamda salamat qalan iki tikili: Cümə məscidi və Şahbulaq qalası
26.11.2020 14:15
  • A-
  • A
  • A+

Ağdamda salamat qalan iki tikili: Cümə məscidi və Şahbulaq qalası

1993-cü il iyulun 23-də Ağdam rayonu ərazisinin 70 faizdən çoxu, yəni 800 kvadrat kilometr hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Bu şəhər Qarabağın ən qədim yaşayış məskənlərindəndir. Ağdamda aparılan arxeoloji qazıntılar nəticəsində ortaya çıxan Gavurqala şəhərinin qalıqları orta əsrlərə aid maddi mədəniyyət nümunəsidir.

AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev çox sayda tarixi mədəniyyət nümunələri ilə zəngin olan bu şəhərin işğalda qaldığı dövrdə ciddi dağıntılara məruz qaldığını bildirib. Qeyd edib ki, şəhərdə cəmi iki tikili - Şahbulaq qalası və Cümə məscidi salamat qalıb.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: