Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

15.12.2020 12:07
  • A-
  • A
  • A+

Gənc alimin məqaləsi İspaniyada çapdan çıxıb

Gənc alimin məqaləsi İspaniyada çapdan çıxıb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Orxan İsayevin həmmüəllifi olduğu məqalə İspaniyanın Barselona Universitetinin nüfuzlu “Dialektologiya” jurnalında işıq üzü görüb.

Məqalədə Azərbaycanın görkəmli alimi Məmmədağa Şirəliyevin elmi fəaliyyəti işıqlandırılıb, dialektologiyaya aid əsərləri beynəlxalq elmi ictimaiyyətə təqdim edilib. Sözügedən məqalə jurnalın 26-cı nömrəsində, “İlk dialektoloqlar” rubrikası çərçivəsində dərc olunub. Məqalənin digər həmmüəllifi dilçi alim, Doğu Akdeniz Universitetinin professoru Vüqar Sultanzadədir.

Qeyd edək ki, “Dialektologiya” jurnalı ildə 2 dəfə olmaqla ingilis və ispan dillərində elektron variantda işıq üzü görür və mütəmadi şəkildə dünyanın tanınmış alimlərinin, dialektoloqlarının müxtəlif məqalələri, elmi nəzəriyyələri oxuculara təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: