ABŞ-ın Nanotexnologiya İnstitutunun mütəxəssisləri özünəməxsus hissetməyə malik olan parça yaradıblar.
Parçanın əsasını təşkil edən həssas liflər, termik üsulla əldə edilib. Bu cür iplər vibrasiyanı çox yaxşı qəbul edir. ABŞ hərbçiləri üçün istifadə ediləcək bu material, astronavtlar və kosmik toz tədqiqatçıları üçün lazmlı vasitəyə çevrilə bilər.
Mahiyət etibarı ilə iplər, mexaniki titrəyişləri elektrik siqnala çevirərək, mikrofon funksiyasını yerinə yetirir. Belə parçadan hazırlanmış kostyumun səs dalğaları vasitəsilə atış istiqamətini avtomatik olaraq təyin edə biləcəyi ehtimal olunur. Hərbçilər bu kostyumun istifadə edilməsində maraqlıdır. Parça o qədər həssasdır ki, saniyədə yüz metr sürətlə hərəkət edilərsə, fərdi toz hissəciklərinin təsirlərini belə izləyə bilər. Kosmik toz məhz bu sürətlə BKS-in səthinə sürətlə çırpılır, bu baxımdan kosmik tozun öyrənilməsi üçün cihazın hazırlanmasında yeni parçadan istifadə edilə bilər. Bundan əlavə, bu texnologiya kosmik kostyumlarda toxunma sensorlarının əsasını təşkil edə bilər.