Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

01.02.2021 15:19
  • A-
  • A
  • A+

Fizik alimin məqaləsi “Elsevier” nəşriyyatında çap edilib

Fizik alimin məqaləsi “Elsevier” nəşriyyatında çap edilib

AMEA-nın Fizika İnstitutunun icraçı direktoru, Milli Nüvə Tədqiqatları Mərkəzinin şöbə müdiri, fizika elmləri doktoru Anar Rüstəmovun Çin Xalq Respublikasının Uhan şəhərində keçirilmiş nüvə fizikası sahəsində dünyanın ən nüfuzlu “Quark Matter” konfransının plenar sessiyasında “Fluctuations and Correlations” adlı çıxışı təkmüəllifli məqalə şəklində “Elsevier” nəşriyyatının yüksək impakt faktorlu “Nüvə Fizikası” jurnalında çap edilib.

Məqalədə nüvə toqquşmaları sahəsində dünyada yerinə yeritirilən elmi tədqiqatlar barədə ətraflı məlumat veriib, müəllifin təklif etdiyi nəzəri hesablamalarla təcrübi nəticələrin izahı verilib. A.Rüstəmovun çıxışını müxtəlif ölkələrdən 800-dən çox nüvə fiziki dinləyib və onların sualları cavablandırılıb.

Məqalə ilə buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, 1979-cı ildən etibarən keçirilən “Quark Matter” nüvə toqquşmaları sahəsində dünyanın ən nüfuzlu konfransıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: