Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.01.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Aşqarlar Kimyası İnstitutuna yeni laboratoriya avadanlıqları alınıb

AMEA Aşqarlar Kimyası İnstitutuna yeni laboratoriya avadanlıqları alınıb

AMEA Aşqarlar Kimyası İnstitutunun Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasına yeni cihaz və avadanlıqlar alınıb.

Yeni avadanlıqlar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elmi-tədqiqat proqramlarının, layihələrinin və digər tədbirlərin maliyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2013-cü il üçün Gənc Alim və Mütəxəssislərin 2-ci qrant müsabiqəsinin qalibi olmuş “Sürtkü materiallarının istismar keyfiyyətini artıran müxtəlif funksional təsirli yeni aşqarların alınması” adlı layihə çərçivəsində alınıb.

Layihə rəhbəri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayevin sözlərinə görə, “Vakuum nasosu VF-204”, “Tərəzi AND GR-200 “, Oven DHG-9030A”, Magnetic stirrer GL-3250A, “Vorteks qarışdırıcısı VM-2000”, Mikrodalğalı soba Panasonic NN-ST 251V, HI 9125 Portable pH/ORP Meter və s. kimi yeni cihazlar doktorant və disertantlar tərəfindən aparılan elmi-tədqiqat işlərinin səmərəliyinin artılmasına təkan verəcək. Ə.Sucayev bildirib ki, doktorantların üzləşdiyi əsas problemlərdən biri də reaktivlərlə bağlıdır. Yuxarıda qeyd olunan layihədə müəyyən reaktivlərin alınması nəzərdə tutulmuşdur: “Yaxın vaxtlarda həmin reaktivlər də alınıb təhvil veriləcəkdir”.

Qeyd edək ki, bir il müddətində həyata keçiriləcək layihə aprel ayında başa çatdırılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: