Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Sualtı dünya üçün yeni işarət dili yaradılıb
11.03.2021 12:06
  • A-
  • A
  • A+

Sualtı dünya üçün yeni işarət dili yaradılıb

Sualtı dünyanın əsrarəngiz tarixi təbəqələrini aşkar etmək və mədəni irsi bəşəriyyətə tanıtmaq üçün çalışan arxeoloqlar 17 işarədən ibarət “dil” yaradıblar.

Onlar bu ünsiyyətlə sualtı əsərlər mövzusunda öz aralarında anlaşacaqlar.

Dalğıc qrupu bir-birlərinə müəyyən edilmiş amforalar, mis qablar, gəmi qəzaları kimi 17 əsər və qalıq haqqında məlumat verəcəklər.

Misir, Türkiyə və Polşanın təşkilatçılığı ilə başlayan çalışmalarda müəyyən olunan işarətlər (17 “Sualtı Mədəniyyət Mirası”) Akdeniz Universiteti tərəfindən hazırlanıb.

Oxu.az

  • Paylaş: