7-10 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək “8th International Symposium on Materials for Energy Storage and Conversion” adlı beynəlxalq simpoziuma hazırlıqla əlaqədar Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev simpoziumun yerli Təşkilat Komitəsinin üzvləri və tədbirə cəlb olunan gənclərlə görüşüb.
Görüşdə akademik D.Tağıyev beynəlxalq tədbirin əhəmiyyətini bir daha vurğulayıb və dünyanın 16 ölkəsindən gələcək qonaqların buradan xoş təəssüratla ayrılmasının vacibliyini bildirib.
Sonra simpoziumun Təşkilat Komitəsinin sədr müavini Akif Əliyev görülmüş işlər, qeydiyyatdan keçən konfrans iştirakçıları, qonaqların oteldə yerləşdirilməsi və s. haqqında geniş məlumat verib.
Sonda akademik Dilqəm Tağıyev simpoziumun açılış mərasimində və sonrakı günlərdə görüləcək işlərlə əlaqədar tapşırıqlarını verib və işçi qrupuna uğurlar arzulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.