Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsi Heydər Əliyev ideyalarının təcəssümüdür
28.04.2021 14:33
  • A-
  • A
  • A+

Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsi Heydər Əliyev ideyalarının təcəssümüdür

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar “Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsi Heydər Əliyev ideyalarının təcəssümüdür” mövzusunda dəyirmi masa keçirilib.

İnstitutun Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin təşkilatçılığı ilə baş tutan tədbiri müəssisənin direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq ulu öndərin dövlətçilik konsepsiyasının müasir Azərbaycanın inkişafına verdiyi töhfələrdən danışıb: “Müasir Azərbaycan dövlətçiliyinin əsaslarının formalaşması və inkişafının nəzəri əsasları Heydər Əliyev dühasının məhsuludur. XX əsrin sonlarına doğru dövlət müstəqilliyini bərpa etmək şansı qazanmış Azərbaycanın ilk illərdəki acınacaqlı ictimai-siyasi, iqtisadi durumu milli dövlətçilik institutunu formalaşdıracaq lider fenomeninin milli inkişafdakı müstəsna rolunu bir daha təsdiqləyir. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başladı və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildi. Ümummilli lider Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu və müasir tariximizi öz müstəsna xidmətləri ilə yazdı. Vətən müharibəsində qazandığımız tarixi zəfər Heydər Əliyevin təməlini qoyduğu siyasətin qələbəsidir”.

Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli, şöbə müdiri, f.e.d., Füzuli Qurbanov, Vətən müharibəsinin iştirakçısı, institutun əməkdaşı, f.ü.f.d. Radif Mustafayev, aparıcı elmi işçilər, siyasi elmlər üzrə fəlsəfə doktorları Məmmədağa Sərdarov, Sənan Həsənov, fəlsəfə üzrə fəlsəfə doktoru Fikrət Nəbiyev, birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik Bəhram Şeydayev, YAP Yasamal Rayon Partiya Təşkilatının Gənclər təşkilatının sədr müavini Əsmər Nəbiyeva və digərləri ümummilli liderin Qarabağın işğaldan azad olunması uğrunda apardığı siyasi mübarizədən söhbət açıb, ulu öndərin bu barədə uzaqgörənliklə dediyi fikirləri xatırladıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: