Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Bioelektrik Siqnal Şəbəkəsinin (Network) formalaşmasının molekulyar-struktur əsasları” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə institutun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq tədbir iştirakçılarını salamlayıb, seminarın mövzusunun əhəmiyyətini vurğulayaraq, tədqiqat istiqamətləri haqqında məlumat verib, sonra da sözü Hüceyrə siqnalının ötürülməsi laboratoriyasının müdiri b.ü.f.d., dos. Taleh Yusifova verib.
Sonra, məruzəçi mövzu ilə bağlı tədqimatla çıxış edib. Bildirib ki, onların son tədqiqatları bioelektrik siqnal funksiyası ilə əlaqəli olan ion kanallarının hüceyrə fiziologiyasının tənzimlənməsində mühüm rol oynayır. Xüsusilə, insanın BK kanalları süd vəzi xərçəngi hüceyrələri, neyroblastoma hüceyrələri, glioblastoma hüceyrələri və insana strositoma hüceyrələri də daxil olmaqla müxtəlif növ xərçəng hüceyrələrinin yaranmasında xüsusi rol oynayır. Buna görə də, BK kanalları xərçənglə mübarizədə potensial hədəf ola bilər. BK kanalının Ca2+ tərəfindən idarə olunması maraqlı fizioloji təsirlərə malik olsa da, nəticə etibarı ilə ion keçiriciliyinin tənzimlənməsinə gətirib çıxaran əsas mexanizm naməlum olaraq qalır.
Ca2+-dan asılı BK modulyasiyasının əsasını təşkil edən erkən molekulyar hadisələr haqqında fikir əldə etmək və BK kanalının çoxsaylı sitoplazmatik liqandlarının təsirini necə fərqləndirdiyini başa düşmək üçün biz fizioloji cəhətdən uyğun şəritlərdə təmizlənmiş insan GR-nə (Gating Ring) biokimyəvi və spektroskopik metodları birlikdə tətbiq edirik.
Aldığımız nəticələr göstəriri ki, BK kanal GR sərbəst enerjini mexaniki işə çevirir və Ca2+ birləşdiyi kimyəvi enerjini mexaniki enerşiyə çevməklə kanalın fəallaşmasına gətirib çıxarır.
Məruzə dinlənildikdən sonra seminar iştirakçıları çıxış edərək mövzu ilə bağlı sual və fikirlərini bildiriblər.
Seminarın sonunda institutun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov maraqlı və məzmunlu məruzəyə görə b.ü.f.d., dosent Taleh Yusifova iştirakçılar və institut rəhbərliyi adından təşəkkür edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.