Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Neft və Qaz İnstitutunun əməkdaşları Hərbi Qənimətlər Parkını ziyarət ediblər
03.05.2021 11:20
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun əməkdaşları Hərbi Qənimətlər Parkını ziyarət ediblər

AMEA-nın Neft və Qaz İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Vaqif Qurbanov, ümumi işlər üzrə direktor müavini Ehtibar Əliyev və müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Gənc alimlər 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülən bir çox hərbi texnika və sursatlarla yaxından tanış olublar.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkı ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunması məqsədini daşıyır.

Hərbi Qənimətlər Parkında 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Hərbi Qənimətlər Parkı dövlətimizin gücünün, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin, tarixi qələbəmizin dünyaya sübutudur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: