Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

BDU-nun tələbələri Dendrologiya İnstitutunu ziyarət ediblər
03.05.2021 12:10
  • A-
  • A
  • A+

BDU-nun tələbələri Dendrologiya İnstitutunu ziyarət ediblər

Bakı Dövlət Universitetinin (BDU) Botanika kafedrasının  müəllimi Kəmalə İbayevanın rəhbərliyi altında sözügedən müəssisənin tələbələri AMEA-nın Dendrologiya İnstitutunda olublar.

Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovla görüş zamanı tələbələrə burada aparılan innovativ elmi-tədqiqat işləri, beynəlxalq əlaqələr və qrant layihələr haqqında məlumat verilib.

Tələbələr institutun ərazisindəki bitki biomüxtəlifliyi, eləcə də bitkilərin bioekoloji xüsusiyyətləri barədə geniş məlumat alıb, həmçinin laboratoriyalardakı müasir avadanlıqlarla yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: