Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.05.2024 15:00
  • A-
  • A
  • A+

Rəsədxana əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Rəsədxana əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

May ayının 10-da AR Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) kollektivi müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.

Rəsədxana rəhbərliyi, o cümlədən ŞAR-ın struktur bölmələrinin əməkdaşları dahi rəhbər Heydər Əliyevin xatirəsinə bəslədikləri dərin ehtiramın ifadəsi olaraq Ulu Öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyərək təzim ediblər. 

Tarixdə elə şəxslər var ki, ömrünü başa vurub tarixə qarışır, elə şəxslər də var ki, həyatı və fəaliyyəti boyunca tarixə yön verir. Müasir Azərbaycanın dünəni, bu günü və gələcəyi üçün öz əvəzsiz xidmətləri ilə tarix yazan Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, cismən zamanın müəyyən bir kəsimində yaşasa da, mənən əbədiyyətə qədər, zamanın hər anında Azərbaycan xalqının yaddaşında yaşayacaqdır!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: