Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.04.2025 13:52
  • A-
  • A
  • A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji muzeydə olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji muzeydə olub

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev AR ETN Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji muzeydə olublar.

İnstitutun baş direktoru, aqrar elmlər doktoru Ələddin Eyvazov, Zooloji muzeyin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova qonaqları muzeyin şəraiti ilə tanış edib, ekspozisiya fondunda sərgilənən Azərbaycan və dünya faunasına aid növlərin müasir vəziyyəti, onların ekoloji xüsusiyyətləri və qorunması istiqamətində görülən işlər haqqında ətraflı məlumat veriblər.

Sonra Ələddin Eyvazov Leyla xanım Əliyevaya Azərbaycan Respublikasının Qırmızı Kitabının III nəşrini hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: