Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dendrologiya İnstitutu beynəlxalq təşkilatlarla toxum mübadiləsi üzrə əməkdaşlıq edir
10.05.2024 16:47
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutu beynəlxalq təşkilatlarla toxum mübadiləsi üzrə əməkdaşlıq edir

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu dünyanın müxtəlif Botanika bağları və institutları ilə toxum mübadiləsi aparır. İtaliyanın Padau Botanika Universitetindən Rhododendron catawbiense grandiflorum, Rhododendron bush, Paulownia tomentos, Corydalis cava (L.) Schweigg. & Körte, Psidium guajava L.,Chelidonium majus L., Psidium humile, Psidium cattleianum toxum növləri əldə edilib.

Əldə edilmiş toxumlar institutun flora zənginliyini artırmaq və gənc alimlərin tədqiqatları üçün olduqca vacibdir. Azərbaycanın bitki ehtiyatlarının zənginləşdirilməsi və tədqiqi üçün respublikanın müxtəlif ekoloji şəraitində bitən və xarici ölkələrdən gətirilən nadir, nəsli kəsilməkdə olan bitkilərin bioloji müxtəlifliyinin öyrənilməsi, onların genofondunun saxlanması və mühafizəsi üzrə elmi-tədqiqat işlərinin aparılmasının böyük əhəmiyyəti vardır. Beynəlxalq qurumlarla toxum mübadiləsi və tədqiqatlar təcrübələri artırmağa, həm də elmin yeni nailiyyətlərini institutda tətbiq etməyə imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: