Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.06.2024 10:14
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriyalarında UFAZ tələbələri istehsalat təcrübəsi keçiblər

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriyalarında UFAZ tələbələri istehsalat təcrübəsi keçiblər

Azərbaycan Dövlət Neft Sənaye Universitetinin nəzdində müştərək fəaliyyət göstərən Fransanın Strasburq Universitetinin “Kimya mühəndisliyi” ixtisası üzrə IV kursun 5 bakalavrı tədris proqramına əsasən 08.04.2024-cü il tarixindən başlayaraq həftədə 5 gün olmaqla 8 həftə müddətində Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları və Kimyəvi - texnoloji proseslərin modelləşdirilməsi laboratoriyalarında istehsalat təcrübələri keçiblər.

İnstitutun  böyük  elmi işçisi k.ü.f.d., Sara Cəbiyevanın rəhbərliyi  ilə Aydın Məmmədov “Mislə poli-N-vinilpirrolidon kompleksləri strukturların kvant-kimyəvi modelləşdirilməsi”, Orxan Abdullayev “Metal-polimer sistemlərinin kompüter modelləşdirilməsi”, aparıcı elmi işçi k.ü.f.d., dosent Sevda Fətullayevanın rəhbərliyi ilə  Nürəddin Hüseynov “Avokado tullantı toxumlarının adsorbent kimi tətbiqi”, aparıcı elmi işçi k.ü.f.d., dosent Samirə Məmmədovanın rəhbərliyi ilə Nigar Məmmədova “Polimerlər mühitində maqnetit nanohissəciklərinin alınması” və aparıcı elmi işçi t.ü.f.d., dosent Manaf Manafovun rəhbərliyi ilə Əli Məmmədov “Neft dispers sistemlərində parafin çökməsinin tədqiqində istifadə olunan üsullar və qurğular” mövzuları üzrə tədqiqat işləri aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: