Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaçı alim turizm mövzusunda Real TV-yə müsahibə verib
10.06.2025 14:32
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim turizm mövzusunda Real TV-yə müsahibə verib

Azərbaycan 26 səs çoxluğu ilə BMT-nin 2025-2029-cu illər üzrə Turizm İcraiyyə Şurasına üzv seçilib.

Bu münasibətlə AR ETN akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktor vəzifəsini icra edən, coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmrani Real TV-yə müsahibə verib.

Z.İmrani Azərbaycanın turizm sahəsində qəbul etdiyi dövlət proqramları, gördüyü işlər və qazandığı nailiyyətlər, yay turizmi, bu sahədə aparılan tədqiqatlar və tədbirlər, turizmin regionlarda inkişafı, turizmin növləri  və onların ölkəmizdə inkişafı haqqında  geniş məlumat verib. O, həmçinin bu günlərdə Laçın şəhərinin 2025-ci ilin MDB-nin mədəniyyət paytaxtı ilinə həsr olunması ilə əlaqədar  keçirilən tədbirdə elm adamlarının iştirakı, Azərbaycan turizminin Gürcüstan və Türkiyə turizmi ilə müqayisəsi, qiymət siyasəti, turizm məmnunluğu və s. kimi məsələləri də diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: