Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.06.2025 12:28
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda Sumqayıt Dövlət Texniki Kollecinin tələbələri istehsalat təcrübəsi keçirlər

Polimer Materialları İnstitutunda Sumqayıt Dövlət Texniki Kollecinin tələbələri istehsalat təcrübəsi keçirlər

Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət ixtisası üzrə təhsil alan 528-9-22 və 528-23 saylı qrupların tələbələri Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda istehsalat təcrübəsinə davam edirlər.

Təcrübə prosesində tələbələr Makromonomer əsaslı polimer materiallar, Biomimetik polimer materiallar, Yüksək şaxələnmiş polimerlər laboratoriyaları, Polimer materiallarının fiziki-mexaniki tədqiqatları və Fiziki-kimyəvi analiz şöbələrində aparılan iş prosesi ilə əyani tanış olur, peşəkar mütəxəssilərin təcrübələrindən yararlanmaq imkanı əldə edirlər. Gələcəkdə onların peşəkar fəaliyyət göstərməsi üçün seçdikləri ixtisasların sirrlərinə daha dərindən bələd olmaları üçün şərait yaradılır.

Tələbələrin təcrübə müddəti 5 iyul 2025-ci ildə yekunlaşacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: