Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

03.06.2024 13:08
  • A-
  • A
  • A+

Rusiyada “Pis uşaqlar planeti” tamaşasının premyerası olub

Rusiyada “Pis uşaqlar planeti” tamaşasının premyerası olub

Mayın 31-də Vüqar Haqverdiyevin eyniadlı uşaq pyesi əsasında Rusiyanın Leninqrad vilayətinin Vıborq Uşaq Musiqili Teatrında hazırlanmış “Pis uşaqlar planeti” tamaşasının premyerası keçirilib.

Tamaşanın quruluşçu rejissoru teatrın rəhbəri Qriqori Loqvinyuk, rəssamı Yana Medentsova, xormeysteri Anastasiya Martişina, xoreoqrafı Olqa Vasilyeva, musiqi tərtibatçısı isə Rusiya Bəstəkarlar İttifaqının üzvü Yekaterina Karpenkodur.

Teatrdan bildirilib ki, sözügedən səhnə əsərinin əsas ideyası balacalara oyuncaqlarla düzgün rəftar etməyi, onlara sevgi və qayğı ilə yanaşmağı təşviq etmək, eləcə də uşaqlara dostluq, yoldaşlıq, həmrəylik və dürüstlük kimi yüksək mənəvi-əxlaqi dəyərləri aşılamaqdır.

Qeyd edək ki, əsərin müəllifi AMEA-nın “Elm” nəşriyyatının direktor müavinidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: