Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

MBBİ-nin əməkdaşları Qobustanda tədqiqat aparıblar
03.05.2021 16:26
  • A-
  • A
  • A+

MBBİ-nin əməkdaşları Qobustanda tədqiqat aparıblar

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) bir qrup əməkdaşı – böyük elmi işçi Ulduzə Qurbanova, elmi işçilər Turanə İsgəndərova və Lalə Aydınlı Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) elmi ezamiyyətdə olublar.

Ezamiyyət zamanı müsabiqəli sort sınağı və perspektiv nümunələrdən ibarət nəzarət pitomniklərində və beynəlxalq seleksiya mərkəzləri olan CIMMYT və ICARDA-dan introduksiya olunmuş yumşaq buğda pitomniklərində monitorinqlər aparılıb. Boruya çıxma fazasında olan buğda cücərtilərinin fenoloji müqayisəsi aparılıb, həm çöl şəraitində, həm də laboratoriyada aparılacaq tədqiqat işləri müzakirə edilib. Bununla yanaşı, Qobustan BTS-nin təcrübəli əməkdaşları ilə geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: