Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Rasim Əliquliyev beynəlxalq konfransa əsas məruzəçi qismində dəvət olunub
04.05.2021 11:20
  • A-
  • A
  • A+

Akademik Rasim Əliquliyev beynəlxalq konfransa əsas məruzəçi qismində dəvət olunub

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev 16-17 avqust 2021-ci il tarixlərində Berlin şəhərində keçiriləcək Kibertəhlükəsizlik və Etik Hakinq üzrə Beynəlxalq Konfransa (“International Conference on Cyber Security & Ethical Hacking”) əsas məruzəçi kimi dəvət olunub.

Konfransın keçirilməsində əsas məqsəd müxtəlif ölkələrdə müvafiq sahədə fəaliyyət göstərən nüfuzlu alim və mütəxəssisləri bir araya gətirməklə dünya səviyyəsində kibertəhlükəsizliyin təmin edilməsi üçün bilik, təcrübə və tədqiqatları paylaşmaq, eləcə də şəbəkə, cihaz və proqramların istənilən növ kiberhücumlardan qorunması və bərpa olunması vəziyyətini müzakirə etməkdir.

Tədbirin əsas istiqamətlərinə biometrik təhlükəsizlik, blokçeyn və tətbiqi kriptoqrafiya, kibercinayətkarlıq, bulud təhlükəsizliyi və virtuallaşdırma, mobil qurğuların və Əşyaların İnternetinin təhlükəsizliyi aiddir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: