Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Sabahın tədqiqatçıları” layihəsinin iştirakçısı mükafatlandırılıb
05.05.2021 15:21
  • A-
  • A
  • A+

“Sabahın tədqiqatçıları” layihəsinin iştirakçısı mükafatlandırılıb

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birlikdə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsinin daha bir iştirakçısı mükafatlandırılıb.

Bölmənin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimovanın elmi rəhbərliyi ilə tədqiqat aparan Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Şərəf Zeynalovanın “Naxçıvan Muxtar Respublikası florasında Fabaceae Lindl. fəsiləsinə daxil olan növlərin bioloji və fitokimyəvi xüsusiyyətləri” adlı məqaləsi “Rusiya Federasiyası Pedaqoji Layihələr Akademiyası” Ümumrusiya informasiya-təhsil portalının keçirdiyi müsabiqədə II dərəcəli diplom və sertifikatla təltif edilib. Elmi rəhbər Surə Rəhimova isə gələcək tədqiqatçıya göstərdiyi səmərəli rəhbərliyə görə müsabiqənin münsiflər heyətindən təşəkkür məktubu alıb.

Qeyd edək ki, məktəbli  Şərəf Zeynalova “Astragalus tragacantha L. (Kitrəli gəvən) növündən kitrələrin alınması, təmizlənməsi və tətbiq sahələrinin öyrənilməsi” adlı tədqiqatla məşğuldur. Layihənin əsas məqsədi kitrəli gəvən növünün fitokimyəvi tərkibinin ən son metodikalar tətbiq edilməklə öyrənilməsi, bitkidən kitrələr əldə olunması və müxtəlif sahələrdə istifadə perspektivlərinin araşdırılmasından ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: