Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Məktəblilər Nizami Gəncəvinin əsərlərinin əlyazma nüsxələri  ilə tanış olublar
20.05.2021 17:39
  • A-
  • A
  • A+

Məktəblilər Nizami Gəncəvinin əsərlərinin əlyazma nüsxələri ilə tanış olublar

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşlığı və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 18-26 may tarixlərində “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində “Muzeylər və Nizami irsi” adlı onlayn beynəlxalq proqrama start verilib. 

“Nizami ili” çərçivəsində həyata keçirilən tədbirin məqsədi məktəblilərə dahi şairin irsini aşılamaqdır.

Proqramın gündəliyinə uyğun olaraq, 19 may 2021-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ekspozisiya zalında canlı yayım həyata keçirilib. Yayım zamanı institutun fondlarında mühafizə olunan Nizami Gəncəvi əlyazmaları haqqında məktəblilərə geniş məlumat verilib. Məlumatı S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının 9-cu sinif şagirdi Fidan Xəlilli təqdim edib.

Təqdimatdan sonra Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elimləri doktoru Paşa Kərimov izləyiciləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, canlı bağlantı zamanı Nizami Gəncəvi “Xəmsə”sinin Əlyazmalar İnstitutunda mühafizə olunan ən qədim, ən nəfis əlyazma nüxsələri nümayiş etdirilib və hər biri haqqında müfəssəl məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: