Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

UFAZ tələbələri geofiziki təcrübələr keçirlər
24.05.2021 11:06
  • A-
  • A
  • A+

UFAZ tələbələri geofiziki təcrübələr keçirlər

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Seysmologiya və geomaqnetizm, Geoloji muihitin radiometriya, Geotermiya şöbələrində Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələrinin seysmologiya, geomaqnetizm, radiometriya və Yerin istilik sahəsi üzrə təcrübələri davam edir.

İnstitutun Seysmologiya və geomaqnetizm şöbəsinin müdiri y.e.e.d., dosent Qulam Babayevin rəhbərliyi altında UFAZ tələbələri Sona Rüstəmova və Fidan Cəfərova, həmin şöbənin aparıcı elmi işçisi y.e.f,d., dosent Təhminə Qarayevanın rəhbərliyi altında Nuray Dəmirçiyeva və Nurlan Talıbov, Geoloji mühitin radiometriya şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Çingiz Əliyevin rəhbərliyi altında Murad Qəhrəmanov və Geotermiya şöbəsinin müdiri Vahab Muxtarovun rəhbərliyi altında Malik Abdullayev buraxılış işlərinin yerinə yetirilməsinə cəlb olunublar.

S.Rüstəmova ”Zəlzələlərin ehtimal təsirinin qiymətləndirilməsi və güclü hərəkətlərin xüsusiyyətlərini nəzərə alınması”, F.Cəfərova “Azərbaycan ərazisi üzrə seysmikliyin fəza-zaman variasiyalarının öyrənilməsi“, N.Dəmirçiyeva “Cəngi kəsilişdə paleogen yaşlı süxurlarında termomaqnit analizin və zaman təmizlənməsinın aparılması”, N.Talıbov “Cəngi kəsilişdə paleogen yaşlı süxurlarında maqnit qavrayıcılığının təyini və termomaqnit təmizlənmə işlərinin aparılması”, M.Abdullayev “Süxurların istilik xassələrinin öyrənilməsi “, M.Qəhrəmanov isə “Ətraf mühitin texnogen çirklənməsinin mənbələri və onların geofiziki sahələrdə əks olunması“ mövzularında buraxılış işlərini yerinə yetirirlər.

Tələbələr təcrübə müddəti ərzində pandemiya şəraitinə uyğun olaraq şöbələrdə cihaz və avadanlıqlarla, onların iş prinsipləri ilə tanış olur, Azərbaycan ərazisinin seysmikliyi, güclü zəlzələlərin makroseysmik tədqiqatları, instrumental tədqiqatlar, Yer qabığının gərginlik vəziyyəti haqqında, seysmikliyinin zaman klasterləşməsi, zəlzələlərin təhlili, seysmik təzahür, stasionarlıq və seysmik rejimin xüsusiyyətləri barədə biliklərə yiyələnir, süxur nümunələrinin paleomaqnit xüsusiyyətini öyrənir, maqnitostratiqrafik şkala, Respublika ərazisində aparılmış radiometrik və termometriya tədqiqatlar, üsul və yanaşmalar haqqında nəzəri-təcrübi biliklər əldə edirlər.

Tələbələr həm də şöbələrdə yerinə yetirilən elmi-tədqiqat işlərinin mövzusuna uyğun olaraq metodiki yanaşmalara, hesablama pinsiplərinə yiyələnməklə elmi işlərin aparılmasında yaxından iştirak ediblər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: