Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Polimer Materialları İnstitutunun əməkdaşları peyvənd olunub
27.05.2021 14:55
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunun əməkdaşları peyvənd olunub

AMEA-nın Polimer Materialları İnstitutunda 18 yaşdan yuxarı əməkdaşların könüllülük prinsipi əsasında COVID-19 xəstəliyinə qarşı vaksinasiyası başlayıb.

İnstitutun gənc əməkdaşları vaksinasiya prosesində xüsusi fəallıq nümayiş etdirirlər. Peyvənd olunanlar arasında əks-göstəriş halları qeyd olunmayıb. Peyvəndləmə iki mərhələdən ibarət olduğu üçün əməkdaşlar bir neçə müddətdən sonra yenidən virus əleyhinə peyvənd olunacaqlar.

Qeyd edək ki, “Azərbaycan Respublikasında COVID-19 virusu əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: