Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

09.06.2021 14:56
  • A-
  • A
  • A+

Şəhid Xudayar Yusifzadənin büstü Tarix Muzeyinə bağışlanıb

Şəhid Xudayar Yusifzadənin büstü Tarix Muzeyinə bağışlanıb

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının II kurs magistrantı Jalə Əliyeva Vətən müharibəsi şəhidi Xudayar Yusifzadə üçün hazırladığı büstü AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə bağışlayıb.

Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı şəhidimizə layiq sənət əsəri yaratdığına və təmənnasız olaraq hədiyyə etdiyinə görə Jalə Əliyevaya minnətdarlığını bildirib.

Gənc heykəltəraş əl işinin yüksək qiymətləndirilməsindən və muzeyin fonduna daxil edilməsindən qürur hissi keçirdiyini vurğulayıb və digər şəhidlərimizin büstləri üzərində çalışdığını söyləyib.

Daha sonra muzey adından Jalə Əliyevaya təşəkkürnamə və xatirə hədiyyələri bağışlanıb.

Qeyd edək ki, büst “Dastana dönmüş bir şəhid ömrü (Şəhid Xudayar Yusifzadə)” adı ilə muzeyin Vətən müharibəsi fonduna daxil edilib. Heykəltəraş Jalə Əliyevanın hazırladığı büst ilə hazırda muzeydə davam edən “Anadır arzulara hər zaman Qarabağ” sərgisində tanış olmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: