Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.06.2021 09:49
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı Azərbaycan Fotoqraflar Birliyinə üzv seçilib

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı Azərbaycan Fotoqraflar Birliyinə üzv seçilib

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun İKT şöbəsinin əməkdaşı Kamran Bağırov Azərbaycan Fotoqraflar Birliyi (AFB) ictimai, yaradıcılıq, qeyri-kommersiya açıq cəmiyyət təşkilatına foto-müxbir kimi üzv seçilib.

Qeyd edək ki, AFB-nin əsas məqsəd və vəzifəsi milli foto sənətini inkişaf etdirmək, ölkədə və xaricdə onun nailiyyətlərini yaymaq, foto irsimizdən yaradıcılıqla bəhrələnib onu qorumaqdır. AFB mütəmadi olaraq, foto sənətimizin təbliği və inkişafı məqsədilə sərgilər, müsabiqələr, festivallar, ustad dərsləri və yaradıcılıq seminarları keçirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: