Tehran Universitetinin Geofizika İnstitutunun seysmoloqları AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar.
Qonaqları salamlayan RSXM-in direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli onlara mərkəzdə görülən işlər, aparılan kompleks seysmoloji, geofiziki tədqiqatlar haqqında ətraflı məlumat verib.
İranlı mütəxəsisslər öz tədqiqat işləri barədə danışaraq, birgə əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu vurğulayıblar.
Görüş çərçivəsində iki ölkə seysmoloqlarının əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.