Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

18.06.2021 14:34
  • A-
  • A
  • A+

Tarix Muzeyində Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Tonq Op ilə görüş olub

Tarix Muzeyində Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Tonq Op ilə görüş olub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tong Op ilə rəsmi görüş keçirilib.

Görüşdə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, Koreyanın ölkəmizdəki səfiri Kim Tong Op, muzeyin direktor müavini, t.ü.f.d., dos. Məhfuzə Zeynalova, elmi katib, t.ü.f.d., dos. Fərhad Cabbarov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan N.Vəlixanlı səfirə muzey haqqında ətraflı məlumat verib. O, bildirib ki, Çin, Monqolustan, Özbəkistan, Qazaxıstan və bir sıra Avropa ölkələrinin muzeyləri ilə beynəlxalq əlaqələr genişlənib. Həmçinin Koreya ilə də əlaqələrin davam etməsini və muzey əlaqələrini genişləndirərək tədbirlərin, konfransların, treninqlərin keçirilməsi ilə bağlı birgə əməkdaşlığa hər zaman hazır olduqlarını bildirib. Akademik N.Vəlixanlı muzeyin həm mədəni, həm də elmi tədqiqat mərkəzi kimi fəaliyyət göstərdiyini və Koreya ilə elmi, mədəni əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətlərin aparılmasını təklif edib.

Səfir Kim Tong Op muzeylə tanışlıqdan öz məmnunluğunu bildirib və Koreya Azərbaycan diplomatik əlaqələri barədə məlumat verib. Səfir qeyd edib ki, Koreyanın dil və mədəniyyətini öyrənmək üçün Koreyada təhsil alan azərbaycanlı tələbələrin sayı günbəgün artır. Azərbaycan zəngin və qədim tarixə malikdir. Koreya və Azərbaycan arasında uzaq  məsafənin olmasına baxmayaraq, son zamanlar Qafqaz regionuna marağın artması nəticəsində Azərbaycana səfər edən koreyalıların sayında və Azərbaycan tarixinə dair yazılmış nəşrlərdə artım müşahidə olunur. Həmçinin ölkələrimiz arasında müxtəlif sahələrdə aparılan əməkdaşlıqlar hər iki ölkəyə fayda gətirəcək. Səfir növbəti il üçün Koreya Azərbaycan mədəni və elmi əlaqələrin genişləndirilməsi istiqamətində tədbirlərin keçirilməsinə başlanılacağını və bu layihələrin həyata keçirilməsi ilə bağlı xüsusi işçi qrupunun təşkil olunacağını bildirib.

Səfir muzeydə keçirilən "Anadır arzulara hər zaman Qarabağ"  və “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgilərlə tanış olub.

Sonda səfirə muzeyin 100 illiyinə həsr olunmuş nəşrlər təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: