Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.06.2021 15:14
  • A-
  • A
  • A+

Botanika İnstitutunun alimi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib

Botanika İnstitutunun alimi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib

AMEA-nın Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, b.e.d., professor Səyyarə İbadullayeva Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və Akademiyanın “Beynəlxalq qızıl ulduz” medalı ilə də təltif edilib.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi, professor Elçin İsgəndərzadə üzvlük diplomunu və medalı alimə təqdim edib, bu elmi nailiyyət münasibətilə professor S.İbadullayevanı təbrik edib. Professor E.İsgəndərzadə alimin Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçildiyini və medala layiq görüldüyünü bildirib. Həmçinin bu günə qədər AMEA-nın bir sıra görkəmli alimlərinin də həmin Akademiyanın həqiqi üzvü seçildiyini qeyd edib.

S.İbadullayeva da öz növbəsində mükafatın Azərbaycan alimlərinin elmi fəaliyyətinə verilən böyük qiymət olduğunu vurğulayaraq, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: