Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ölkəmizdə ilk dəfə olaraq “Azərbaycanca-uyğurca lüğət”i hazırlanıb
23.07.2021 16:32
  • A-
  • A
  • A+

Ölkəmizdə ilk dəfə olaraq “Azərbaycanca-uyğurca lüğət”i hazırlanıb

Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.4.2.ci bəndində 2013-2020-ci illər ərzində “Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlanması” nəzərdə tutulub.

Bu məqsədlə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyevanın “Azərbaycanca-uyğurca lüğət”i nəşr olunub.

Lüğət əsasən ümümişlək sözləri və müəyyən terminləri əhatə edir. Kitabda Azərbaycan dilində işlənən 4000-ə yaxın sözün qarşılığı verilib. Burada frazeoloji birləşmələr, atalar sözləri və məsəllərə də yer ayrılıb. Lüğət A.İliyev, Ş.Kibirov, M.Ruziyev və Y.Sunvazonun tərtib etdikləri (Moskva,1956) “Russko-uyqurskiy slovar” (redaktor T.Rəhimov) və E.N.Nadcipin tərtip etdiyi (Moskva,1968) “Uyqursko-russkiy slovar” və http://tilachar.ru/dictionary saytının materialları əsasında tərtib olunub.

Azərbaycanda ilk dəfə olaraq hazırlanmış bu lüğət geniş oxucu kütləsi, xüsusən filoloq və türkoloqlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Azərbaycanca-uyğurca lüğət” tanınmış türkoloq, professor Məhəbbət Mirzəliyevanın xatirəsinə ithaf olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: