Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.08.2021 15:17
  • A-
  • A
  • A+

Azərbaycanda yemişin yeni sortları yetişdirilib

Azərbaycanda yemişin yeni sortları yetişdirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun seleksiyaçı alimləri tərəfindən yemiş bitkisinin yeni yaradılmış, daha məhsuldar və yüksək dad keyfiyyətinə malik sort və hibridlərinin dequstasiyası prosesi həyata keçirilib.

Tədbirdə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda bostan bitkiləri üzrə həyata keçirilən seleksiya işlərinin nəticələri nümayiş olunub. Yeni perspektiv yemiş sortlarının dequstasiya prosesində qonaq qismində Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və bir sıra institutların nümayəndələri də iştirak ediblər.

Təqdim olunan sort nümunələri iştirakçılar tərəfindən bir neçə parametr üzrə qiymətləndirilib və müvafiq qeydlər aparılıb. İştirakçılar tərəfindən bəyənilmiş sort nümunələrinin qeydiyyata alınması üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmət Agentliyinə təqdim olunması məqsədəuyğun hesab edilib.

Agro.gov.az

  • Paylaş: