Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.08.2021 17:18
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkının ərazisində növbəti dəfə dezinfeksiya tədbirləri həyata keçirilib

Yüksək Texnologiyalar Parkının ərazisində növbəti dəfə dezinfeksiya tədbirləri həyata keçirilib

Pandemiya dövründə kollektivin sağlamlığı və təhlükəsizliyinin qorunması məqsədilə AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) növbəti dəfə dezinfeksiya tədbirləri görülüb.

Qeyd edək ki, parkın ərazisində istehsalat sahələrinin yerləşməsi nəzərə alınaraq dezinfeksiya tədbirləri daha sıx aralıqlarla həyata keçirilir.

Dezinfeksiya işləri texnoparkın nəzarət-buraxılış məntəqəsi, inzibati binanın otaqları, konfrans zalı və dəhlizləri, Strateji Elmi Analitik Sınaq Mərkəzi, Texnoloji Transfer və İnkubasiya Mərkəzi, eləcə də Təcrübə-Sənaye Zavodunun istehsalat sexi, anbarı, idarə binası və digər rezidentlərin ərazisində aparılıb.

YT Parkda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi şəkildə əməl olunur. Əməkdaşlar müəssisəyə tibbi maska ilə, qızdırmaölçən cihazlar vasitəsilə hərarətləri yoxlanıldıqdan sonra buraxılır, sosial məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunur. Onlar mütəmadi olaraq tibbi maska və spirtlə təmin olunur.

Bununla yanaşı, qurumun kollektivi arasında mütəmadi olaraq virusla mübarizə məsələlərinə dair maarifləndirmə işləri aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: