Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

01.09.2021 17:35
  • A-
  • A
  • A+

Xeyriyyəçi H.Z.Tağıyevin məzarı ziyarət olunub

Xeyriyyəçi H.Z.Tağıyevin məzarı ziyarət olunub

Məşhur neft sənayeçisi, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəfatının 97-ci ildönümü ilə əlaqədar Bakının Mərdəkan qəsəbəsində anım mərasimi keçirilib.

Mərasimdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı, muzeyin icraçı direktoru t.ü.f.d., dosent Fərhad Cabbarov, bir qrup ziyalılar, H.Z.Tağıyevin ailə üzvləri və muzey kollektivi iştirak ediblər.

İştirakçılar H.Z.Tağıyevin məzarını ziyarət edərək məşhur xeyriyyəçi haqqında çıxış ediblər. Muzeyin baş direktoru N.Vəlixanlı Hacı Zeynalabdin Tağıyevin ictimai, maarifçilik, xeyriyyəçilik fəaliyyətindən bəhs edərək, onun xatirəsinin əbədi olaraq xalqımızın yaddaşında yaşayacağını bildirib.

Həmçinin qeyd olunub ki, Hacı Zeynalabdin Tağıyevin fəaliyyətinin öyrənilməsi Azərbaycan tarixinin öyrənilməsi deməkdir. Çünki Azərbaycan tarixinin bir hissəsi bu məşhur mesenatın fəaliyyəti ilə bağlıdır.

Sonda H.Z.Tağıyevin və qızı Sara xanımın, Axund Abu Turabın məzarları üzərinə gül dəstələri qoyulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: