Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

07.09.2021 15:02
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində Belarus nümayəndə heyəti ilə görüş keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində Belarus nümayəndə heyəti ilə görüş keçirilib

II Dünya müharibəsində Belarus cəbhəsində döyüşmüş azərbaycanlılar haqqında kitab hazırlanması məqsədi ilə 6-11 sentyabr 2021-ci il tarixlərində Belarus nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri planlaşdırılıb.

Qeyd edək ki, bu səfər proqramı çərçivəsində Belarus jurnalist yazarları Larisa Kuçerova və Dmitriy Koşevar ilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində görüş keçirilib. Görüşdə qeyd olunan kitabın hazırlanması ətrafında müzakirələr aparılıb. Baş direktor, akademik N.Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən kitabın hazırlanmasında dəstək göstərəcəyini qeyd edib. Müzakirə çərçivəsində muzeyin fondlarında mövzu ilə əlaqədar bir çox materialların olduğu və həmin materialların kitabın hazırlanması zamanı istifadə olunacağı vurğulanıb.

Müzakirədən sonra Larisa  Kuçerova II Dünya müharibəsi dövründə azərbaycanlıların Belarus  uğrunda qəhrəmancasına döyüşdüyünü və Belarus xalqının bunu heç zaman unutmayacağını bildirib.

Həmçinin qonaqlara muzeyin nəşrləri təqdim olunub. Sonda qonaqlar muzeyin ekspozisiyası, "Anadır arzulara hər zaman Qarabağ"  və “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgiləri ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: