Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Aşqarlar Kimyası İnstitutunun doktorantı Lissabon Universitetində təcrübə keçəcək
14.09.2021 17:29
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunun doktorantı Lissabon Universitetində təcrübə keçəcək

AMEA-nın akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun doktorantı İbadulla Mahmudov kimyanın sintez və kataliz sahəsində Avropanın qabaqcıl universitetlərindən biri olan Portuqaliyanın Lissabon Universitetində altı aylıq təcrübə keçəcək.

Qeyd edək ki, İbadulla Mahmudov dissertasiya mövzusuna uyğun olaraq kompüter kimyasının müasir imkanlarından istifadə edərək zərif üzvi sintez üsulları ilə patoloji proseslərə qarşı fizioloji fəal maddələrin sintezi və tədqiqi istiqamətində elmi araşdırmalar aparırır. Alınan yeni fizioloji fəal maddələrin müxtəlif vasitələrlə tsiklləşməsindən əmələ gələn heterotsikllərin müasir fiziki-kimyəvi analiz cihazları ilə struktur təhlillərinə ehtiyac var. Ona görə doktorantın müasir fiziki-kimyəvi cihazlarında məhsulun təmizlənməsi ilə bağlı əlavə təcrübi biliklərə, eyni zamanda sintez olunmuş yeni heterotsikllərin müasir analiz cihazları ilə struktur təhlilinə ehtiyac var. Bu metodlar Lissabon Universitetində geniş istifadə edilir.

Gənc doktorant ezamiyyət müddətində müasir, aktual kimyəvi tədqiqatlarda X-Ray, NMR, HR-MS, GC-MS cihazların istifadəsində təcrübə toplayacaq. Bu metodları sinerhetik şəkildə istifadə edərək struktur analizi edə biləcək mütəxəssislərin sayı azlıq təşkil edir. Bu sahədə dünyanın aparıcı elm mərkəzlərində ixtisaslı mütəxəssis hazırlığı və qazanılmış bilik-bacarığın ölkəmizə gətirilməsi mühüm əhəmiyyətə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: