Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.09.2021 17:37
  • A-
  • A
  • A+

Mərkəzi Nəbatat Bağının alimləri Xızı və Abşeron rayonlarında bitki müxtəlifliyinin tədqiqi ilə bağlı monitorinqlər aparıblar

Mərkəzi Nəbatat Bağının alimləri Xızı və Abşeron rayonlarında bitki müxtəlifliyinin tədqiqi ilə bağlı monitorinqlər aparıblar

AMEA-nın Mərkəzi Nəbatat Bağının alimləri ötən ildən başlayaraq Xızı və Abşeron rayonunda bitki müxtəlifliyinin müasir vəziyyətini tədqiq edirlər. Yarımsəhra, düzən, aşağı və orta dağ qurşağında aparılan tədqiqatlarda qurumun direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev, biologiya üzrə fəlsəfə doktoru Yusif Zeynalov, biologiya üzrə fəlsəfə doktoru Aynur Ərəbzadə və şöbə müdiri Yusif Abiyev iştirak edib. Ekspedisiya aprel, may, iyun və iyul aylarında müntəzəm olaraq baş tutub.

Tədqiqatlar zamanı ərazidə yayılmış bitkilər təyin olunub, daha sonra bitkilərin informativ siyahısı, endem nadir bitkilər müəyyənləşdirilib. Həmçinin xüsusi əhəmiyyətli bitkilərin xəritəsi hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: