Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.12.2024 17:05
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun və AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şuralarının birgə iclası keçirilib

Neft və Qaz İnstitutunun və AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şuralarının birgə iclası keçirilib

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun və AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şuralarının birgə iclası keçirilib.

İclasda AMEA Yer Elmləri Bölməsinin Elmi şurasının sədri akademik İbrahim Quliyev, sədr müavini akademik Fəxrəddin Qədirov, elmi katibi Reyhan Qasımova, üzvləri Akif Əlizadə, Qurban Yetirmişli, Qalib Əfəndiyev, Qərib Calalov və Dadaş Hüseynov, Rauf Qardaşov, Əkpər Feyzullayev, Çingiz Əliyev və Elmira Əliyeva iştirak edib.

Tədbirdə Neft və Qaz İnstitutunun 2024-cü ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında yekun hesabat dinlənilib. İclası giriş sözü ilə açan institutun baş direktoru, akademik Fəxrəddin Qədirov tədbir iştirakçılarını salamlayaraq, məruzə ilə çıxış etmək üçün sözü institutun icraçı direktoru, g.-m.e.d. prof. Vaqif Qurbanova verdi. Vaqif Qurbanov cari ildə Neft və Qaz İnstitutunda 3 problemin həlli üçün 5 mövzu üzrə 6 elmi tədqiqat işinin aparılmasını və ilin sonunda 1 ETİ-nin başa çatdığını qeyd etdi. O, başa çatmış ETİ-nin nəticələri haqqında ətraflı məlumat verdi. O, qeyd etdi ki, yerinə yetirilən elmi tədqiqat işinin alınmış nəticələri nüfuzlu elmi jurnallarda dərc edilmişdir. Təkliflər Ekologiya və Təbii Sərvətlər Nazirliyi və AzNeft İB-ə təqdim edilib. AMEA Rəyasət Heyətinə təqdim edilmək üçün Yer Elmləri bölməsinə müraciət olunmuşdur. İnstitutun beynəlxalq əlaqələri haqqında məlumat verərkən, Vaqif Qurbanov 7 yeni əməkdaşlıq haqqında sənədlərinin imzalanmasını qeyd etdi və xarici elmi müəssisələrlə institutun əlaqələrinin daha da genişləndirilməsini vurğuladı.

Vaqif Qurbanov SOCAR-ın Elm Fondunun 2 Qrant layihəsi barədə məlumat verdi. Məruzəçi hesabat ilində institut əməkdaşları tərəfindən 101 elmi əsərin, o cümlədən 3 monoqrafiya, 48 məqalə, 50 konfrans məruzələrinin tezislərinin dərc edildiyini söylədi. Həmin əsərlərdən 27 elmi məqalə və 21 tezis xaricdə, 21 məqalə Web of Science və Scopus bazalarında indeksləşən jurnallarda dərc edilmişdir. İnstitut əməkdaşlarının elmi əsərlərinə 880 istinad olunub.

Daha sonra isə cari ildə institutun strukturu, sosial sferada fəaliyyətı, maddi-texniki təchizatı, elmi kadrların hazırlanması, elm və təhsilin inteqrasiyası, elektron elmin vəziyyəti, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqəsi və elmin kütləvi təbliği, Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti, təltif və mükafatlar, yubileylər və s. haqqında ətraflı məlumat verdi.

Yekun olaraq iclasda hesabat ətrafında geniş müzakirələr aparıldı, suallar cavablandırıldı və təkliflər dinlənildi. İclas iştirakçıları institutun kollektivinin 2024-cü il ərzində apardığı elmi-tədqiqat işlərinin nəticələrini yüksək qiymətləndirərək hesabatın qəbul edilməsini məqsədəuyğun hesab etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: