Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Yüksək Texnologiyalar Parkı haqqında reportaj hazırlanıb
16.09.2021 15:30
  • A-
  • A
  • A+

AMEA Yüksək Texnologiyalar Parkı haqqında reportaj hazırlanıb

“Report” informasiya agentliyi tərəfindən AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) haqqında reportaj hazırlanıb.

Reportajda 2016-cı ildə ölkə Prezidentinin Sərəncamı ilə yaradılmış texnopark və onun rezidentləri haqqında ətraflı məlumat verilib.

Yüksək Texnologiyalar Parkının baş direktoru Vasif Abbasov rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən danışaraq qeyd edib ki, ölkəmizdə elmin və innovasiyanın inkişafı naminə atılan addımlardan biri də məhz YT Parkın yaradılmasıdır. O, texnoparkın rezidentləri və akademiyanın institutları arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib, AMEA alimlərinin müəllifi olduğu kommersiya potensiallı ixtira patentlərinin Yüksək Texnologiyalar Parkında reallaşdırılmasının həyata keçirildiyini vurğulayıb.

Reportajda YT Parkın icraçı direktoru Zaur Nəhmətov texnoparkın ərazisi və rezidentləri, texnoparkın ilk və ən böyük rezidenti olan AMEA Təcrübə-Sənaye Zavodunun icraçı direktoru Səxavət Rüstəmov hazırda 80 növdən artıq məhsul istehsal edən zavod, “İntertek Azeri LTD” şirkətinin baş mütəxəssisi Famil Məmmədov texnoparkın Strateji Elmi-Analitik Sınaq Mərkəzi haqqında ətraflı məlumat verib.

Reportajda, həmçinin bu yaxınlarda istehsala başlaması nəzərdə tutulan və fəaliyyəti çipsi istehsalı ilə bağlı olan “TAK NOOSH GROUP” MMC-dən bəhs olunub. Bildirilib ki, şirkət istehsal zamanı istifadə olunacaq xammal kartofun ölkəmizdə əkilməsini həyata keçirmək üçün AMEA-nın Mikrobiologiya İnstitutu ilə əməkdaşlıq etməyi planlaşdırır.

YT Parkın digər rezidenti “Bakı Polimer İstehsalat” MMC-nin də AMEA-nın Polimer Materialları İnstitutu ilə əməkdaşlıq əlaqələrindən bəhs olunub, o cümlədən müəssisədə istehsal olunan streç filmlər haqqında məlumat verilib.

Bununla yanaşı, reportajda Elm və Texnologiyalar Parkı” MMC-nin avtomatika üzrə baş mütəxəssisi Nadir Babaxanovun hazırladığı və müsabiqənin qalibi olan “Göz N1” dron barədə danışılıb.

Reportajla daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: