Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

29.09.2021 14:06
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın beynəlxalq əlaqələri genişlənir

Mərkəzi Elmi Kitabxananın beynəlxalq əlaqələri genişlənir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) prioritet istiqamətlərdən biri də dünya ölkələrinin kitabxanaları, kitabxana işinin inkişafı ilə məşğul olan qurumlarla qarşılıqlı əlaqələrin qurulması və inkişaf etdirilməsidir. 

Görülən işlərin davamı olaraq ölkəmizin Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun dəstəyi, Mərkəzi Elmi Kitabxananın baş direktoru, professor Məmməd Əliyevin təşəbbüsü ilə beynəlxalq əməkdaşlıq həyata keçirilib. Belə ki, MEK-in baş direktoru M.Əliyev ilə Moldova Respublikası “A. Lupan” Elmi Kitabxanasının direktoru K.M.Manolake arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Əməkdaşlıq çərçivəsində hər iki kitabxananın fondlarının çap və elektron nəşrlərinin mübadiləsi, müvafiq ədəbiyyatların əldə edilməsi, qarşılıqlı informasiya dəstəyi, kitab sərgilərinin təşkili, elektron resursların hazırlanması və işlənməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb.

Xatırladaq ki, MEK öz fondlarını daha da genişləndirmək istiqamətində dünyanın bir sıra qabaqcıl ölkələrinin kitabxanaları və təşkilatları ilə davamlı və uğurlu əməkdaşlıq həyata keçirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: