Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.10.2021 11:18
  • A-
  • A
  • A+

Azərbaycanlı alim UNESCO-nun Hökumətlərarası Bioetika Komitəsinin 12-ci sessiyasında iştirak edib

Azərbaycanlı alim UNESCO-nun Hökumətlərarası Bioetika Komitəsinin 12-ci sessiyasında iştirak edib

23-24 sentyabr 2021-ci il tarixlərində UNESCO-nun Hökumətlərarası Bioetika Komitəsinin (IGBC) onlayn formatda 12-ci sessiyası keçirilib.

Tədbirdə ölkəmizi AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Zülfüqarov təmsil edib.

Sessiyasının işində Beynəlxalq Bioetika Komitəsinin (IBC) hazırlayıb təqdim etdiyi “Gələcək nəsillərin qorunması prinsipinə dair IBC-nin hesabat layihəsi” və “Neyrotexnologiyanın etik məsələlərinə dair IBC-nin hesabat layihəsi” müzakirə edilib və bu ilin noyabr ayında UNESCO-nun Baş Konfransında qəbul olunması üçün təşkilatın üzv dövlətlərinə təqdim edilməsi qərara alınıb. Bu sənədlərlə yanaşı, bir sıra təşkilati məsələlərə də baxılıb.

Bundan əlavə, Beynəlxalq Bioetika Komitəsinin Dünya Elmi Bilik və Texnikaların Etikası Komissiyası (COMEST) ilə birlikdə hazırladıqları “COVID-19 sertifikatları və peyvənd pasportlarının etikasına dair bəyanat” müzakirə olunaraq qəbul edilib.

Bəyanatın tam mətni ilə UNESCO-nun veb-saytından tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: