Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Tibb və fiziologiya üzrə Nobel mükafatının qalibi açıqlanıb
04.10.2021 14:36
  • A-
  • A
  • A+

Tibb və fiziologiya üzrə Nobel mükafatının qalibi açıqlanıb

Bu gün İsveçin paytaxtı Stokholmda 2021-ci il Nobel həftəsi start götürüb.

İlk olaraq tibb və fiziologiya üzrə mükafatın sahibi açıqlanıb.

Bu il sözügedən mükafatı amerikalı fizioloq Devid Culius əldə edib.

O, orqanizmdə temperatur və toxunuş reseptorlarını kəşf etdiyinə görə Nobel mükafatına layiq görülüb.

Qeyd edək ki, Nobel həftəsi çərçivəsində oktyabrın 5-də fizika, oktyabrın 6-da kimya, 7-də ədəbiyyat, oktyabrın 8-da sülh və oktyabrın 11-də iqtisadiyyat üzrə Nobel mükafatlarının laureatları açıqlanacaq.

Mükafatlar bu il dekabrın 10-da sahiblərinə təqdim olunacaq.

aztibb.az

  • Paylaş: