Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.10.2021 15:57
  • A-
  • A
  • A+

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları şəhid ailəsini ziyarət ediblər

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları şəhid ailəsini ziyarət ediblər

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun və Yeni Azərbaycan Partiyasının institut üzrə Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə müəssisənin əməkdaşları Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsinin ilk şəhidi, gizir Səlimov Cəmil Oktay oğlunun ailəsini ziyarət ediblər.

İnstitutun alimləri Sənan Həsənov, Məhəmməd Cəbrayılov, Vətən müharibəsi iştirakçısı Radif Mustafayev və Şölət Zeynalov şəhidimizin keçdiyi döyüş yolu ilə tanış olub, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın hər birinin xatirəsinin əziz olduğundan və dövlətimizin onlara göstərdiyi qayğıdan söhbət açıblar. Həmçinin Vətən müharibəsində lider-xalq-ordu birliyinin tarixi qələbəmizə verdiyi töhfəyə toxunulub, qəhrəman oğullarımızın göstərdiyi şücaətin gələcək nəsillərə çatdırılmasının vacibliyinə diqqət çəkilib.

Şəhidimizin atası Oktay Səlimov öladının timsalında vətən uğrunda canından keçən bütün şəhidlərimizlə fəxr etdiyini, xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşməyindən qürur duyduğunu ifadə edib.

Sonda Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Binə qəsəbəsində şəhidlərimizin məzarlarını ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: