Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.10.2021 11:49
  • A-
  • A
  • A+

Şərqşünas alim ABŞ-da keçirilən beynəlxalq konfransda iştirak edib

Şərqşünas alim ABŞ-da keçirilən beynəlxalq konfransda iştirak edib

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova 3-5 oktyabr tarixlərində Amerika Birləşmiş Ştatlarında keçirilən V beynəlxalq “Nyu-York disiplinlər arası araşdırmalar və təcrübədə tendensiyaların inkişafı” konfransında iştirak edib.

Konfransa onlayn qatılan şərqşünas alim “Bruklin yüksəklikləri”ndə mühacir həyatı” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə müasir ərəb ədəbiyyatında “mühacirlər mövzusu”na toxunulub və müxtəlif səbəblərdən ABŞ-a köçən ərəblərin timsalında mühacir həyatı ilə bağlı reallıqlar məşhur misirli yazıçı Miral Ət-Tahavinin “Bruklin yüksəklilkləri” əsəri əsasında diqqətə çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: