Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.10.2021 11:02
  • A-
  • A
  • A+

Folklor İnstitutunun əməkdaşı Cəbrayıl şəhərində ölkə başçısı ilə görüşdə iştirak edib

Folklor İnstitutunun əməkdaşı Cəbrayıl şəhərində ölkə başçısı ilə görüşdə iştirak edib

4 oktyabr 2021-ci il tarixində Cəbrayıl şəhərinin işğaldan azad olunmasının ildönümü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində bir qrup cəbrayıllı ziyalıyla görüş keçirib.

Həmin görüşdə AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent, “Xudafərin” qəzetinin baş redaktoru Şakir Albalıyev də iştirak edib. Cəbrayıl şəhərinin memorial kompleksinin və şəhərin bərpasının təməl daşı qoyulub.

Təməl daşının qoyulmasında şəxsən iştirak edən Şakir Albalıyev cənab Prezidentlə görüşərək 29 sentyabr 2020-ci ildə Ali Baş Komandana həsr etdiyi poemasını təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: