Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.10.2021 10:56
  • A-
  • A
  • A+

Mikrobiologiya İnstitutunun əməkdaşının rəhbərliyi ilə aparılan layihə mükafata layiq görülüb

Mikrobiologiya İnstitutunun əməkdaşının rəhbərliyi ilə aparılan layihə mükafata layiq görülüb

AMEA-nın Mikrobiologiya İnstitutunun Torpaq mikrobiologiyası laboratoriyasının elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Aygün Qasımovanın rəhbərliyi ilə tədqiqat aparan 43 saylı Məktəb Lisey Kompleksinin məzunu, Kanadanın Vaterlo Universitetinin I kurs tələbəsi Fidan Qasımova Bakı Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “İdeya var!” gənclərin III Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsində iştirak edib.

F.Qasımovanın “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar” nominasiyası üzrə təqdim etdiyi “Çirkab suların gücdən düşmüş neft yataqlarının laylarında bioloji təmizlənməsi ilə yanaşı, neft hasilatının artırılmasının inteqrativ üsulları” adlı layihəsi I dərəcəli diplom və mükafata layiq görülüb.

Qeyd edək ki, bioloji metodlardan istifadəyə əsaslanan bu layihə çirkab suların utilizasiyası kimi qlobal problemin həlli, eləcə də neft hasilatının artırılması istiqamətində əhəmiyyətli ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: