Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.10.2021 15:34
  • A-
  • A
  • A+

Könül Bünyadzadənin “Könül dünyası” kitabının təqdimatı olub

Könül Bünyadzadənin “Könül dünyası” kitabının təqdimatı olub

Bakı Ekspo Mərkəzində təşkil olunan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Könül dünyası” kitabının təqdimatı keçirilib.

Mərasimdə media nümayəndələri, ziyalılar və oxucular iştirak ediblər.

Kitabda Könül Bünyadzadənin “Füyuzat” jurnalında dərc olunan silsilə məqalələri təqdim olunur. Müəllif ədəbi-fəlsəfi və aktual mövzulara həsr edilən məqalələrində insan, kainat, yaradılış, özünüdərk, milli ruh və digər mühüm məsələlər haqqında təəssüratlarını oxucularla bölüşür.

Tədbirdə çıxış edən “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus bildirib ki, sözügedən əsərdə Könül Bünyadzadə oxucunu zaman-zaman insanın var oluş məqsədinin dərkinə çağırır, bəzən fəsillərin dili, daşların işığı, qələmin çizdiyi portletlərlə, bəzən də ömrü saran qulac qollu yollarla və ən ümdəsi sevgi ilə anlamağa səsləyir.

Mərasimdə söz alan digər ziyalılar kitabın fəlsəfi məna tutumundan danışıblar, alimə belə bir əhatəli əsəri ərsəyə gətirdiyi üçün minnətdarlıq bildiriblər.

Müəllif kitabın uzun illər ərzində, geniş araşdırmalar nəticəsində yazıldığını qeyd edib. Sonda müəllif imzalı kitablarını oxucularla bölüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: