Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.10.2021 15:42
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar

Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar

AMEA-nın Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçiləri Süleyman Süleymanov və Saleh Əliyev Azərbaycanda nadir və azsaylı hidrobiontların müasir vəziyyətinin öyrənilməsi məqsədilə Lənkəran təbii vilayətinin su hövzələrində və Xəzər dənizinin Qızılağac Milli Parkı akvatoriyasında ekspedisiyada olublar.

Ekspedisiya zamanı alimlər Qızılağac akvatoriyasından və Lənkərançaydan elmi-tədqiqat planına uyğun olaraq zoobentosa aid kəmiyyət və keyfiyyət nümunələri, ixtiofaunaya aid materiallar toplayaraq tədqiq etmək üçün laboratoriyaya gətiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: